fennler  
 
  DOVLETLER 17.11.2018 21:13 (UTC)
   
 

                                     Manna                                                                 Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti adladırıla bilən Manna yaranır. Onun baş şəhəri İzertu olmuşdur. Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur.                                           Midiya dövləti                                                              Təxminən er.əvvəl I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq er.əv. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanda skiflərin dövləti də mövcud idi. Bu dövləti Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. Kiaksar şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah II Kirin dövründə (er.əv. 559-530) ölkənin paytaxtı Ekbatana talan edilmiş, Midiyanın özü isə Əhəmənilər dövlətinin əyalətlərindən birinə çevrilmişdir. Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq er.əv. 4-cü yüzilliyin 2-ci yarısında Makedoniyalı İsgəndər tərəfindən zəbt edilmişdir. Makedoniyalı İsgəndərin imperiyası Balkan yarımadasından Şimali Hindistana və Qafqazdan Misir və Fars körfəzinə qədər uzanan nəhəng bir ərazini əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş, qədim dünya tarixində yeni bir dövrün elinizmin yaranmasına gətirib çıxardı. Ellinistik dövrdə Azərbaycan ərazisində iki yerli dövlət Albaniya və Atropatena mövcud olmuşdur.                                                                                                           Atropatena dövləti                                                       Er.əv. 328-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmişdir.[1], [2].

Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur. Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir. Həmin illərə Parfiya imperiyasının (er.əv. 248-227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas rəqibi nəhəng və qüdrətli Roma İmperiyası (er.əv. 6 - er.5 əsrlər) olmuşdur. Roma və Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə tabe etdirmək uğrunda ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk mərhələdə Atropatena Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu dövlətlərin birgə səyi nəticəsində romalılar bir neçə döyüşdə məğlub edilmişdir. Lakin er.əv. 20-ci ildə Atropatenada II Ariabarzan hakimiyyətə gəlir. O hələ gənc ikən Romada tərbiyə almış və bu səbəbdən onun pərəstişkarı olmuşdur.

Er.əv. 1-ci ildə Roma sərkərdəsi Qay Sezar Ermənistanı zəbt edərək II Ariabarzanı onun hökmdarı təyin edir. Lakin Ermənistanın Atropatenaya qatılması və Roma ilə müttəfiq münasibətlər Parfiyanın narazılığına səbəb oldu ki, bu da yeni müharibənin başlanmasına gətirib çıxardı. Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan romalıların bu ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya Atropatenanı zəbt edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi gətirilir. Bu şəkildə Atropatena Sasani imperiyasının (er. 224-651) yüksəlməsinə qədər mövcud olmuşdur.
[redaktə / تحریر]
Qafqaz Albaniyası

Digər Azərbaycan dövləti Albaniya Araz çayının şimal sahilindən cənubi Dağıstana qədərki ərazidə yerləşirdi. Bu dövlətə on bir əyalət Çola, Lpiniya, Kambiena, Eceri, Qəbələ, Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Artsax və Sunik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isə Bərdə şəhərləri olmuşdur.

Artıq er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb edilirdi. Yazılı mənbələrin verdiyi məlumata görə Qafqaz Albaniyası 26 yerli qəbilənin siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu hadisə təxminən er.əv. IV əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. İlkin mərhələdə ölkədə rəsmi din zərdüşt dini olmuş, er. IV yüzilliyində isə xristianlıq qəbul edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu dururdu. İlk zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri idi. Qədim albanların təsərrüfatı, məişət və həyat tərzi Yaloylutəpə arxeoloji mədəniyyəti əsasında öyrənilmişdir. Bundan başqa yunan və roma müasirlərinin əsərlərindən və Kalankatuylu Musanın "Alban tarixi" salnaməsindən Qafqaz Albaniyası haqqında kəsərli məlumat əldə etmək olar. Qafqaz Albaniyasında əkinçilik, heyvandarlıq, sənətkarlıq və ticarət yüksək inkişaf etmişdir. Ölkədə bağçılıq və ilk növbədə ipəkçilik mövcud idi.

Albaniya ərazisində 30-dan artıq şəhər var idi ki, bunlar da əhəmiyyətli sənətkarlıq və ticarət, siyasi, inzibati, mədəni və dini mərkəzlər rolunu oynayırdılar. Ölkənin yüksəlişi dövründə Albaniya şimaldan Böyük Qafqaz dağları, cənubdan Talış silsiləsi, şərqdən Xəzər dənizi, qərbdən isə Gürcüstanla məhdudlaşan böyük bir ərazini əhatə edirdi. Bu bərəkətli və zəngin ölkə əsrlər boyu bir çox xalqların və qəsbkar dövlətlərin diqqətini özünə cəlb edirdi. Hələ er.əv. III-II əsrlərdə ölkəyə şimaldan masaqet və sarmat tayfaları müdaxilə etmiş və Xəzər sahilində bir müddət mövcud olmuş Mazküt dövlətini yaratmışdırlar. Er.əv. I yüzillikdən başlayaraq romalıların legionları Cənubi Qafqaza, o cümlədən Albaniyaya bir neçə dəfə yürüş etmişdilər. İmperator Domitsianın dövründə (er.əv. 83-96) romalılar Xəzər dənizinin sahillərinə gəlib çıxmışdılar. Bu barədə Qobustanda tapılmış latın dilli qayaüstü yazı xəbər verir. Eramızın 70-ci illərində ölkəyə şimaldan alan tayfaları basqın edib Kambisena əyalətini zəbt etdilər. Bu basqın və müharibələrə baxmayaraq Qafqaz Albaniyası özünün dövlət müstəqillyini qoruyub saxlaya bilmişdir.
                                                                                                                             

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Reklam

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=