fennler  
 
  Qedim dovr 27.04.2024 02:51 (UTC)
   
 

                                 DAS DOVRU                    


Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən - paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 100-30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşamış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər.
[redaktə / تحریر]
               
PALEOLIT DOVRU       
30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.
[redaktə /
MEZOLIT DOVRU
Mezolit Azərbaycanda er.əv. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qayaystü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.
NEOLIT DOVRU

Neolit Azərbaycanda er.əv. 7 minilliyə təsadüf edərək Qobustanın və Həsənlutəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır.
ENEOLIT DOVRU
Er.əv. 6-4 minillikklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və .s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları və.s.) düzəldilməsi təsadüf edir.                         
 TUNC DOVRU                                                                 Tunc dövrü Azərbaycanda er.əv. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə inkişafı təsadüf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (er.əv. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.                                                                  Azərbaycanın ən qədim tayfa ittifaqları                                                                                    Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23 yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubey və hurrit tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubeylər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur. Lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir.

Hələ er.əv. 3 minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır.                                                          Dəmir dövrü                                                                                        Bu dövr ölkədə Xocalı - Gədəbəy, Talış - Muğan, Naxçıvan və Qayakənd –Quruçay arxeoloji mədəniyyətlərinin materialları ilə təmsil olunmuşdur. Azərbaycanda ilkin şəhər-dövlətləri yaranır, təsrrüfatın demək olar ki, bütün sahələri sürətlə inkişaf edirdi. Er.əv. 13-12 yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur.                                                     

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol